Şəki İcra Hakimiyyətinin keçirdiyi tender AİİBNX tərəfindən ləğv edilib. AXIN.az xəbər verir ki, buna səbəb tenderə 3-dən az şirkətin buraxılması olub.
Belə ki, sözügedən İcra Hakimiyyəti Şəki şəhərində yolların asfaltbetonla əsaslı təmiri işlərinin satın alınmasını həyata keçirmək istəyib. Bunun üçün 785.520 manat pul da ayırıb. Amma tenderə qatılan şirkətlərin sayı 3 olmadan keçirildiyindən ləğvinə qərar verilib.
Xatırladaq ki, Şəkinin icra başçısı Elxan Usubovdur. O, 2011-ci ildən şəhərə rəhbərlik edir. Buna qədər isə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı olub.