Xəbər verdiyimiz kimi, Ermənistan parlamentinin müxalif deputatı Artur Xaçatryan yerli hökuməti büdcə vəsaitlərini israf etməkdə, həmçinin pulu avtomobillərə və sürücülərə sərf etməkdə günahlandırıb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, hakim “Vətəndaş sazişi” fraksiyasının deputatı Tsovinar Vardanyan Artur Xaçatryanın çıxışına cavab verib.
O qeyd edib ki, ötən həftə Xaçatryanın fraksiyası büdcə müzakirələrinə heç gəlməyib.
“Rəsmi nəqliyyata gəlincə, ona qalsa, sizin fraksiyanız da dövlətin ayırdığı rəsmi maşınlardan və sürücülərdən imtina etməyib”,-deyə, Paşinyanın deputatı bildirib.
Axin.az