İtaliyada 1 dollara ev alan kişinin başına iş gəlib.
Qlobal.net "Unikal"a istinadən xəbər verir ki, Böyük Britaniya sakini Corc Lainq bu yaxınlarda İtaliyanın Mussomeli şəhərində 1 dollar ödəməklə üç mərtəbəli ev alıb. Qiymət yerli hakimiyyət orqanları tərəfindən həyata keçirilən bələdiyyə daşınmaz əmlak satışı proqramı ilə müəyyən edilir. Ancaq məlum olub ki, sövdələşmə bir çox tələlərlə doludur. Britaniyalının aldığı ev acınacaqlı vəziyyətdədir: evdə su, işıq və digər lazımi şərait yoxdur.
Bundan əlavə, evin tam sahibi olmaq üçün Corc daşınmaz əmlak agentliyinə təxminən 550 dollar komissiya ödəməli, mülkiyyətin ötürülməsi xərclərini və bununla bağlı digər xərcləri ödəməli olub. Nəticədə bütün prosedurların dəyəri təxminən 5500 dollar təşkil edib. Kişi bildirir ki, Londonda bu qədər pula yalnız qarajı olmayan kiçik bir mənzil ala bilərsən, ona görə də risk edib İtaliyada ev almağa qərar verib.
Bununla belə, o, evinə getmək üçün xeyli məsafə qət edir: əvvəlcə Palermoya uçur, orada qatara minir və ən yaxın stansiyaya gedir. Oradan sıldırım dağ yamacı ilə 10 kilometr uzunluğunda gəzinti marşrutu başlayır ki, bu da təxminən iki saat yarım vaxt aparır.
Lainq evi aldıqdan sonra bütün təmirini özü etməli olacaq.
Qeyd edək ki, İtaliya hökuməti tez-tez ucqar kəndlərdə "1 dollara" ev satışını həyata keçirir. Məqsəd buradakı əhali sayını artırmaqdır.
Axin.az