ABŞ-da yaşayan 50 yaşlı Nanette Hammond Loskyavonun pulu tükənib.
Milli.Az baku.ws-ə istinadən bildirir ki, "Playboy" modeli pulu azaldığından taksi sürücüsü kimi işləməyə başlayıb.
"Ailəm dağılanda, pulsuz qaldım və oğullarından birinin himayəsini itirdim. 17 il evdar qadın olmuşam və maliyyə baxımından tamamilə keçmiş ərimə bağlı idim. Həyatım əsl nağıl idi. Mən bir köşkdə yaşayırdım. "Mənim daha iki evim var - Mayami və Yeni Orleanda. İndi də birtəhər dolanmaq üçün Uber-də icarəyə götürülmüş maşında işləyirəm", - deyə "Playboy" bildirib.
O, keçmişdə çoxlu lüks avtomobillərə sahib olduğunu, alış-veriş edərkən heç vaxt pul saymadığını və plastik əməliyyatlara külli miqdarda pul xərclədiyini bildirib.
Buna baxmayaraq, o, təslim olmaq niyyətində deyil və artıq üç ildir ki, oğlunun qəyyumluğunu geri almağa çalışır. Onun 6 uşağı var.
O pərəstişkarlarından "Dünyanın ən seksual taksi sürücüsü" ləqəbini alıb.
"Hazırda pis vəziyyətdəyəm, amma hər şey yaxşılığa doğru dəyişəcək" - deyə, Nanette Hammond Loskyavo bildirib.
Məqaləyə dair fotomateriallar:
Axin.az