Çirkli hava insan səhhətinə mənfi təsir göstərir. Alimlər qeyd edirlər ki, çirkli hava faktiki olaraq insan bədəninin hər bir orqanına təsir edə bilir.
Axin.az xəbər verir ki, insanlar tərəfindən tənəffüs edilən bəzi hava çirkləndiriciləri ağciyərlər vasitəsilə qan dövranına daxil ola bilər. Beləliklə potensial zəhərli hava üç həyati vacib orqanın fəaliyyətinə mənfi təsir edə bilər.
Ağciyər. Ağciyər xərçəngi, 2020-ci ildə dünyada xərçənglə bağlı ən çox yayılmış ölüm səbəbi olub, dünyada 1,80 milyon ölüm halı bu xərçəng növünün payına təsadüf edib. ÜST-nin qiymətləndirmələrinə görə, ağciyər xərçəngi ölümlərinin 36 faizi hava çirkləndiricilərinin təsiri ilə əlaqəli hallardır.
Beyin. ÜST qeyd edir ki, havanın çirklənməsi insult riskini artırır, bu da dünyada ikinci ən çox yayılan ölüm səbəbidir. İnsultla bağlı ölüm hallarının təxminən üçdəbiri orqanizmə çirkləndirilmiş atmosferin təsiri ilə bağlıdır.
Ürək. Siqaret çəkmədən, hipertoniya və piylənmə olmadan da infarktdan əziyyət çəkmək mümkündür. Bəzi tədqiqat qiymətləndirmələrinə görə, havanın çirklənməsi bir çox məlum risk amilləri, misal üçün siqaret çəkmək və ya şəkərli diabet ilə müqayisədə, ürək-damar xəstəlikləri çox sayda ölümə səbəb ola bilir.
Bir neçə gündür ki, Bakıda təmir işləri ilə əlaqədar olaraq havanın çirklənməsi demək olar ki, pik həddə çatıb. Bu isə insan sağlamlığı üçün böyük təhlükədir. Həssas insablarda bir sıra xəstəliklərin yaranmasına səbəb olur. Bəs bu çirklənməni necə ölçmək olar? İnsanlar necə müəyyən etməlidir ki, hazırki hava onların sağlamlığı üçün əlverişlidir, yoxsa, yox?
Qeyd edək ki, "AirVisual" tətbiqini yükləməklə siz asan şəkildə havanın keyfiyyətindən xəbərdar ola bilərsiniz.
IQAir Hava Keyfiyyəti İndeksi, havanın keyfiyyəti səviyyələrinin ciddiliyi haqqında ictimaiyyətə uyğun şərtlərlə hesabat vermək üçün sistemdir. İndeks 0-dan 500-ə qədər dəyişir, burada yüksək indeks dəyərləri havanın çirklənməsinin daha yüksək səviyyələrini və sağlamlıq üçün mənfi təsirlər üçün daha yüksək potensialı göstərir. Məsələn, 300-dən çox olan hər hansı dəyər təhlükəli sayılır, 0-50 arasında olan AQI isə yaxşı hava keyfiyyətini ifadə edir.
Qısa olaraq bu şirkət haqqında məlumat verək:
IQAir havanın çirkləndiricilərdən qorunma, hava keyfiyyətinin monitorinqi və hava təmizləyici məhsulların hazırlanması üzrə ixtisaslaşdırılmış İsveçrə hava keyfiyyəti texnologiyası şirkətidir.
IQAir 1963-cü ildə lmaniyada sobaların arxasındakı divarlarda qara toz yığılmasını azaltmağa kömək etmək üçün yaşayış məntəqələrində kömür sobaları üçün hava filtri sistemi təqdim edən Manfred və Klaus Hemmes qardaşları tərəfindən təsis edilmişdir.
Axin.az son iki gündə Bakıdakı havanın keyfiyyət səviyyələrini təqdim edir:
Axin.az