Məhkəmə Ekspertizası Mərkəzinə təyin edilmiş yeni rəis uzun illər prokurorluq orqanlarında çalışıb
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə yeni rəis təyin edilib.
Musavat.com-un əldə etdiyi məlumata görə, bu barədə nazir Fərid Əhmədov əmr imzalayıb.
Əmrə əsasən, Mərkəzin rəisi vəzifəsinə Elşən Albəndov təyin edilib.
Qeyd edək ki, Elşən Albəndov uzun illər - 2002-ci ildən 2024-cü ilin aprel ayınadək prokurorluq orqanlarında çalışıb.
Elşən Albəndov əvvəllər müstəntiq, dövlət ittihamçısı, habelə Dövlət ittihamının nüdafiəsi üzrə idarədə şöbə rəisi, eləcə də, Baş Prokurorluğun müxtəlif idarələrində idarə rəisinin müavini vəzifələrində işləyib.
Onun sonuncu vəzifəsi isə Prokurorluqda istintaqa nəzarət idarəsində rəis müavini olub.
Axin.az