Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Regional Bölməsinin fəxri prezidenti, ehtiyyatda olan polkovnik Şahin Məmmədov Şimali Osetiya Respublikası Ombudsmanının köməkçisi təyin edilib.
“Ölkə.Az”-ın əldə etdiyi məlumata görə, o, bu vəzifəyə Şimali Osetiya Respublikası prezidentinin müvafiq sərəncamı ilə gətirilib.
Qeyd edək ki, əslən Gəncədən olan Şahin Məmmədov həm də tanınmış iş adamıdır.
Axin.az