«Turan Tovuz»un daha bir legioneri Azərbaycan vətəndaşlığı almaq üçün hərəkətə keçib.
Ayxan Quseynov bu məqsədlə Dövlət Miqrasiya Xidmətinə müraciət edib.
2022-ci ildən Premyer Liqadada forma geyinən yarımmüdafiəçi legioner statusundan xilas olmaq iddiasındadır. Ailəsi hüquqi proseduru aparmaq üçün ona vəkil tutub.
1999-cu il təvəllüdlü futbolçu Rusiya doğumludur.
Hazırda da valideynləri qonşu ölkədə yaşayır. Ayxanın atası və anası azərbaycanlıdır. İllər əvvəl buradan Rusiyaya köçüblər.
Tovuz təmsilçisinin digər oyunçusu Eltun Turabov bir neçə ay öncə vətəndaşlığını dəyişib. Vaxtilə gənclər yığmamızın formasını geyinmiş müdafiəçi bu problem üzündən 1 ilə yaxın yaşıl sahələrdən uzaq qalıb.