Baş nazir Əli Əsədov İran İslam Respublikasına səfər edib. Baş nazir və onun rəhbərlik etdiyi nümayəndə heyəti Tehrandadır. Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar Tehranda keçirilən rəsmi anım mərasiminə qatılacaq.
“İranın Ermənistanla əlaqələri genişləndirmək siyasəti davam edəcək”. Musavat.com xəbər verir ki, bunu isə İranın ali dini lideri Əli Xamenei Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü zamanı deyib. “Mərhum prezidentimizin Ermənistanın sərhəd problemlərinə böyük həssaslığı var idi, bu həssaslıq və diqqət bundan sonra da nəzərə alınmalıdır.
İranın Ermənistanla əlaqələri genişləndirmək siyasəti cənab Müxbirin rəhbərliyi altında davam edəcək. İran və Ermənistan arasında münasibətlərin əleyhdarları var, ona görə də hər iki ölkə ilə bağlı məsələlər böyük diqqətlə həll olunmalıdır”, - o bildirib.
Gündəmdə ikinci mövzu Ukrayna münaqişəsidir. Rusiya ordusu Donetsk vilayətindəki Kleşeyevka kəndini ələ keçirib. Rusiya Müdafiə Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.
Ukrayna Silahlı Qüvvələri isə Xarkov vilayətində Rusiyanın hücumunu dayandıra bilib. “Bild” nəşrinin analitiki Yulian Röpke bildirib. “Bild” nəşrində yayımlanan məqalədə qeyd isə edilib ki, Ukrayna bunu ABŞ-dən gələn silahlar sayəsində edə bilib.
“Rusiya Silahlı Qüvvələri Liptsi kəndi istiqamətində ilk üç gündə tutduqları eyni sərhəd kəndlərində qalıblar. Volçansk bölgəsində şəhər uğrunda döyüşlər davam edir, lakin burada da demək olar ki, heç bir irəliləyiş yoxdur. Buna səbəb Ukraynanın yeni Amerika silahlarından istifadə etməsidir.
Ukrayna Silahlı Qüvvələri “GLSDB” bombalarından, “Javelin”-lərdən və 155 mm-lik artilleriya mərmilərindən fəal şəkildə istifadə edir”, - deyə qeyd olunub. Ukrayna Silahlı Qüvvələri Luqanskda da rus ordusuna məxsus "Mista-S" haubitsasını məhv edib.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu professor Qabil Hüseynli ilə İran və Ukrayna gündəmlərini müzakirə edir.
Axın.az