Geni modifikasiya olunmuş məhsullar. Zəhər yoxsa Qida
Gündəm / Cəmiyyət
2-05-2023, 14:58
2022-ci ilin noyabrında dünya əhalisi artıq 8 milyard nəfərə çatdı.8 milyardlıq planet hər gün bu dünyanın resurslarını tükədir,bu resurslara biz xammal formasında çıxarılan və yaxud təbiətin məhsul şəklində bəxş etdiklərini aid edə bilərik.Dünya əhalisinin Maslounun təlabat zəncirində ilk yeri tutan təlabatlarından birisi məhz qidadır.Onsuz biz yaşaya bilmərik.Qida insanın güc əldə etməsi üçün əsas vasitədir.İnsan gündəlik fəaliyyət prosesində güc itirir və onu bərpa etmək üçün yenidən qida əldə etməlidir.İbtidai insandan fərqli olaraq "Homo Sapiens" qidanı vəhşi heyvanlar kimi ovlamır.İnsan qidanı təbiətdən əldə edir.Məhsul formasında olan qidadan yenidən zəhmət çəkərək və zaman xərcləyərək əlavə dəyər yaradaraq yeni məhsul yaradır.Ana təbiət özü-özlüyündə böyük resurs mənbəyidir.Biz bu resursu istifadə edirik.Təəssüf ki,əlimizdə bu gün içində alternativ yoxdur.Hər gün istehlak etdiyimiz qidanı tükədərkən bir anlığa fikirləşməliyik ki, torpaq,günəş,su əlimizdə olan ekosistem bizim qidanın yeganə mənbəyidir.Hər gün nə qədər kapitala,pula sahib olmamışdan əvvəl çalışmaq lazımdır ki,israfa yol verməyək.Çünki dünyanın bir tərəfi izafi bolluq içində olsada,digər hissəsi xüsusən Afrika,Latın Amerikası və Cənubi Asiya ölkələri gündəlik qidanı əldə etməkdə çətinlik çəkirlər.Təsəvvür edə bilməzsiniz ki,hər gün televiziyada Qərbdə yaşayan insanların yediyi qidanı görən bir hindistanlı və ya afrikalı uşağa bu necə pis təsir edir.Dünyanın bir hissəsi aclıq içində yaşasa da,digər hissəsi isə yemədiyi qidanı zibil qutusuna atır.Və heç vecinə də deyil, çünki pulu var, ətrafda onu əhatə edən təkliflər.
Bu gün danışacağımız mövzü isə həmin qidanın keyfiyyəti və qidanın vəziyyətidir.İnsan yabanı halda olan qidanı mədəniləşdirdi.Ona kultivasiya edərək və becərərək yayılmayan iqlimə uyğunlaşdıraraq məhsulun həcmini artırmağa başladı.Natural təsərrüfat dövründə insan məhsulu əsasən üç istiqmətə istehlaka,təkrar istehsala və (satmaq) dəyişmək üçün istifadə etməyə başladı.Sənayenin inkişafı, iqtisadi dövriyyənin artması və ən asası insanların sayının çoxalması qidanın həcminin artmasına gətirib çıxartdı.Həcmi artan qidanı əvvəllər intensiv üsullarla çoxaldılırdısa sonralar bu proses biologiya elminin inkişafı ilə ekstensiv yolla artmağa başladı.Çünki daha çox torpaq əkmək əvəzinə ,daha çox məhsulun sayını artırmaq hədəfləndi. Qida təməl ehtiyacların ən öndə gələnidir.Hər milyardlarla insan və heyvan qida tükədir.Gəlin nahar yeməyi üçün aldığımız sadə bir toyuq dönərini yeməmişdən qabaq fikirləşək.Biz nəyi mədəmizə atırıq.Bunun içində olan inqrediyentlərin tərkibi nədir və necə hazırlanır?Bəlkə də çox az insan bunu fikirləşir. Dönərin içərisində olan toyuq əti broyler təsərrüfatında yetişmiş toyuğun ətidir.Bəli bunu hamımız bilirik.Bəs bu toyuq əti necə hazırlanır. İlk öncə onu bildirməliyik ki, xüsusən 50-ci illərdən sonra Amerikada fast & food istehlakı sürətlə artırdı.Və bu artımı ödəmək üçün təbii toyuq əti kifayət etmirdi.Çünki təbii toyuğun ərsəyə gəlməsi və yetişməsi 7-8 aylıq bir zaman alırdı. Bunun çarəsini isə bio labarotoriyalarda tapdılar.Onlar toyuq böyüməsinə və DNT-sinə təsir edən hormonal preparatlar hazırladılar.Lakin ilk öncə bir problemi həll etmək lazımdı.Elə bir toyuq sortu hazırlamaq lazım idi ki,toyuq hormonal sistemi bu dərmanları həzm edə bilsin.Amerika alimləri genetikası dəyişildirilmiş toyuq sortu (broyler) yaratdılar.Ənənəvi toyuqdan fərqli olaraq belə toyuq qısa müddətdə hazır olur və bu günkü gündə belə toyuqların çəkisi 60-70 gündə 4-5 kq arası dəyişir.Normal toyuq isə 400-500 qr olur.Normal toyuğu isə biz hormonal preparatlara yetişdirmək istəsək belə onun çəkisi maksimum 1-1,5 kq çəkməyəcək. Belə təsərrüfatların qurulmasını Amerika istehsalçıları artan təlabatı ödəyə bilməməkdən yarandığı iddia edirdilər.Düzdür ildən ilə tələb artırdı.Lakin əsas tələbi ödəmək üçün alternativlar ola bilərdi.Burada əsas məqsəd az xərc daha çox mənfəət prinsipi idi. Eyni dönəmdə Sovet İttifaqında da əhali və tələb artırdı.Və gen mühəndisliyinə sovet alimləri də əl ata bilərdilər.Sadəcə olaraq orqanik təsərrüfatın zərərsiz olduğunu görərək təbii təsərrüfatda maraqlı idilər. Deyilənlərin bütün əksinə olaraq hormonal toyuq qidalarını biz yeyirik.Dəfələrlə sübut olunub ki,belə məhsullar sağlamlıq üçün bərpaolunmaz fəsadlar törədə bilər.Tələbi isə əvəzedici əmtəə və alternativ təsərrüfata marağı artıraraq dəyişmək olar AQTA dəfələrlə keyfiyyətsiz toyuq ətini satışdan çıxarsa da,belə ətlərin keyfiyyəti ilə yanaşı istehsal şərtləri də məlum olmalıdır.Qida hansı standartlar altında hazırlanır və zərərləri haqqında məlumatlı olmalıyıq. Və ən əsası çalışın qida rasionunuzdan belə təamları yavaş-yavaş çıxarın
GMO (Genetic Modified Organism) məhsulları ilk dəfə bazara 1976-cı ildə gətirildi.Əsasən GMO məhsulları qarğıdalı,soya, pomidor kimi məhsulların istehsalında istifadə olunur.Həmçinin kənd təsərrüfatında yemlik yoncanın istehsalında da gmo-lu toxumlardan istifadə olunur.Belə məhsulların digər məhsullardan əsas fərqi onların genlərinə müdaxilə edilməsidir.Deməli zərərveri həşaratların genindən hüceyrələr götürülərək bitkinin DNT-sinə yerləşdirilir.Həmin həşaratlar həmin bitkini yemirlər.Yəni məhsula toxunmurlar. İlk GMO-lu məhsul 18 may 1994-cü istehsal olundu.Bundan sonra ABŞ FDA bunun kommersiya üçün istehsalına icazə verdi.1996-cı ildən sonra geni dəyişdirilən toxumlar artıq kənd təsərrüfatında istehsal olunmağa başladı.Məqsəd nə idi? Dünyanı xüsusilə İEOÖ-ləri aclıqdan xilas etmək.Nə baş verdi ?Heçnə.Dünyanın yenə bir hissəsi acdır.Bir məqam da ildən ilə ekstensiv yolla məhsuldarlıq atsa da yenə də aclığın kökünü kəsmək mümkün deyil.Çünki illərlə danışılan ən böyük yalan məhz budur.Aclığın səbəbini biz siyasətdə axtarmalıyıq.Resursların qeyri-bərabər bölgüsü siyasət problemidir.Məsələn Mozambikdə kimsə ac yatırsa bu orada ərzaq defisiti olduğu anlamına gəlmir.Səbəbi yalnız siyasi sistemdədir.Afrika ölkələrinin kənd təsərrüfatı potensialı var.Orada aclığın səbəbi is tam başqadır.
Dünyada əsas becərilən GMO bitkiləri: Qarğıdalı Soya Pambıq Şəkər çuğunduru Raps Yonca Kartof Düyü Pomidor Tütün Siz hətta taxıl sahələrinin alaq otlarına qarşı dərmanlanmasına diqqət etmisiniz? Taxıl və arpa bitki deyil? Bəs nə üçün? Bunun səbəbi taxıl toxumun geninin dəyişdirilməsidir.Taxıl geninə alaq otlarında olmayan xüsusi gen vurulur və bu gen bitkini amino turşu quruluşunu dəyişdirir.Bəs insan üçün bunun ziyanı nədir?İnsan üçün ən böyük zərəri geni dəyişən toxumdan əldə olunan məhsulun insan orqanizmdə yaranan yad maddənin bədəndə parçalana bilməməsidir.Sonralar bu maddələr bədəndə toplanır və hüceyrələrin bölünmə prosesində yad cismə çevrilir. Bu da xərçəngin yaranmasına dəlalət edir Daha çox yayılmış tezislər sən birisi GMO-nun yalnız bitkilərdə olmasıdır.O kənd təsərrüfatının istəlinən sahəsində eləcə də heyvandarlıqda da istifadə olunur. Dünyada ən böyük toxum istehsalçısı Amerikan "Monsanto" şirkətidir.Biz bu şirkətin gəlirlərinə baxsaq illər üzrə davamlı mənfəət edir.Monsanto şirkəti geni dəyişdirilən toxumların insan orqanizminə zərər vermədiyini və Amerika və dünya istehlakçılarının toxumdan əldə olunan məhsullardan qidalandığını və sağlamlığında hər hansı bir zərərin olmadığını qeyd etmişdir.Hətta ABŞ FDA ( Food and Drug Administration) agentliyi belə GMO məhsulları yoxlamır,sadəcə olaraq GMO-nun təbii qidadan fərqləndirilməsini tövsiyə edir.Böyük bazarlarda təsəvvür edə bilərsiniz nə qədər məhsul var? Bu qədər məhsulu istehlakçı necə ayıra bilər.Hansı zərərdir və ya xeyir.?
Monsanto şirkəti özü də GMO araşdırmalarını qadağan edib.Ümumiyətlə hər il elmi laboratoriyaya milyonlarla dollar bu xərcləyən fondlar GMO zərərləri ilə bağlı araşdırmalara pul xərcləmirlər.İstəlinən GMO məhsulu ki,biz onu yeyirik o bizdə gələcəkdə bərpaolunmaz fəsadlar törədə bilər.Dünyada sürətlə yayılan və indiyə qədər milyonlarla insanın həyatına son qoyan xərçəng (canser) xəstəlyinin məhz elə başlıca səbəbi geni dəyişdirilmiş qidalardır Elə bu şirkətin məhsullarından olan "Glyphosat" maddəsinin yaratdığı təsir nəticəsində torpaq zəhərlənməyə məruz qalır.Alaq otlarına qarşı istifadə olunan bu maddə torpadakı suya qarışaraq yenidən atmosferə qayıdır.O burada yağış şəklində yerə qayıdır.Beləcə zərərli maddələr ekosistemdə dövr edir. GMO istehsal edən şirkətlər Monsanto Bayer CropScience Syngenta Seeds Pioneer Hi-Bred International DOW AgroSciences LLC Agritope Inc Zeneca Seeds DuPont Canada Agricultral Products GMO-lu toxumlardan əldə olunan məhsullar labarotoriyalarda araşdırılır.Adətən çox vaxt insan DNT-sinə oxşayan siçovullur üzərində.Demək GMO məhsulu olan kartofu yeyən siçovul nəslinin artıq 5-ci zəncirində erkəklər çoxalma funksiyasını itirmişdir.Təbiətin yaratdığı heç bir məhsul insana,heyvana və həşəratlara mənfi təsir etmir.Amma gen mühəndisliyi ilə əldə edilən toxum və ondan alınan məhsul mənfi proseslər yaradır.Deyə bilərsiz bu adı siçovuldur,insan deyil.Amma yadda saxlayın məhz siçovul DNT,RNT quruluşu insana ən yaxınıdır.Gen mühəndisiliyi yaxın 50 ildir istifadə olunur.Alimlərdən əksəriyyəti mənfi nəticələrin bir neçə insan nəslindən sonra üzə çıxacağını deyirlər.İnsan nəslinin populyasiyası ən vacib məsələdir.Bu problem təkcə kişilərdə deyil,eyni zamanda qadınlarda da baş verə bilər.Çünki hormonal dərmanlar birbaşa və dolayısı yolla insan orqanizminə pis zərbə vurur.Əlbəttə biz burada saysız hesabsız GMO-nun insana və heyvanlara vurduğu ziyanlar haqqında eksperimentlər haqqında yazmayacağam.Ölkəmizdə də belə laboratoriyaların fəaliyyət göstərməsi çox vacibdir.Eksperiment nəticələri jurnallarda və məqalələrdə çap oluna bilər.Görünür bu barədə hələ çox iş görməliyik GMO-lu toxumlardan əldə olunan məhsullar labarotoriyalarda araşdırılır.Adətən çox vaxt insan DNT-sinə oxşayan siçovullur üzərində.Demək GMO məhsulu olan kartofu yeyən siçovul nəslinin artıq 5-ci zəncirində erkəklər çoxalma funksiyasını itirmişdir.Təbiətin yaratdığı heç bir məhsul insana,heyvana və həşəratlara mənfi təsir etmir.Amma gen mühəndisliyi edilən toxum və ondan alınan məhsul belə mənfi proseslər yaradır.Deyə bilərsiz bu adı siçovuldur,insan deyil.Amma yadda saxlayın məhz siçovul DNT,RNT quruluşu insana ən yaxınıdır.Gen mühəndisiliyi yaxın 50 ildir istifadə olunur.Alimlərdən əksəriyyəti mənfi nəticələrin bir neçə insan nəslindən sonra üzə çıxacağını deyirlər.İnsan nəslinin populyasiyası ən vacib məsələdir.Bu problem təkcə kişilərdə deyil,eyni zamanda qadınlarda da baş verə bilər.Çünki hormonal dərmanlar birbaşa və dolayısı yolla insan orqanizminə pis zərbə vurur.Əlbəttə biz burada saysız hesabsız GMO-nun insana və heyvanlara vurduğu ziyanlar haqqında eksperimentlər haqqında yazmayacağam.Ölkəmizdə də belə laboratoriyaların fəaliyyət göstərməsi çox vacibdir.Eksperiment nəticələri jurnallarda və məqalələrdə çap oluna bilər.Görünür bu barədə hələ çox iş görməliyik Dünyada hər il müharibələrə milyardlarla dollar pul xərclənilir.ABŞ Vyetnam, Əfqanıstan,İraq,Suriya kimi ölkələrdə xərclədiyi pul milyardlarla dollardır.Eləcə də toxum istehsalçısı "Monsanto" şirkətinin hərbi məqsədlər üçün istehsal etdiyi zəhərli maddələr Vyetnam müharibəsində milyonlarla uşağı əlil etdi.Təkcə "Böyük Yaxın Şərq" adlanan proyektə təxminən 1 trilyon dollar pul xərcləyib.Ən maraqlı məqam isə İraqda yerləşən "Əl Qureyb" toxum anbarının məhv edilməsi idi.Həmin anbarda təbii toxumlar satılırdı.Tarixən kənd təsərrüfatı inkişaf edən İraqda artıq fermerlər kənardan GMO-lu toxumlar idxal edirlər.Ukrayna müharibəsinə isə 160 milyard dollar pul xərcləyib və hələ xərcləyəcək.Görürsüz necə böyük rəqəmdir.Bütün hərbi əməliyyatlara xərclənən pullar iqtisadiyyatın digər sahələrinə xərclənsəydi bu gün dünyanın rifahı başqa cür olardı.Təkcə ildə 100 milyard dollar kifayət edərdi ki, Afrikada aclıq prosesi dayansın.Əlbəttə təkcə aclıq.Yoxsulluq problemi üzərində isə daha fəal işləmək lazım gələrdi. BMT hər dünyada aclığın və yoxsulluğun qarşısını almaq üçün İEÖ-ə çağırış etsə də bu nəticəsiz qalmışdır.Çünki dünyada olan böyük və güclü ölkələri öz milli və siyasi maraqları vacibdir , nəinki Nigeriyada olan aclıq. Həm də burada nəinki qlobal zəmində eyni zamanda milli zəmində də ölkənin üzərinə iş düşür.Məsələn,yüksək korrupsiya olan ölkələrdə bəzən biz beynəlxalq proqramların işləmədiyini və lazımı effekt vermədiyini görürük.Aclığı və yoxsulluğu dayandırmaq üçün ilk öncə strateji qida məhsullarının əlçatanlığı təmin olunmalıdır.Əgər bir ölkədə insanlar minumum təlabatlarını ödəməkdə çətinlik çəkirlərsə, o ölkə gələcək dünya üçün heç nə vəd edə bilməz. GMO-nun yaratdığı ən böyük xəstəliklərdən birisi də xərçəngdir.Hərçənd dəyişilən genin insan orqanizminə zərər vurmadığını iddia edənlər yalan söyləyirlər.Xərçəngi yaradan səbəblərin məhz 80 faizi ekosistem qaynaqlıdır.Bunun zərərlərini isə biz istehlakçılar ödəyirik Respublikamızda da belə xəstəliklər durmadan cavanlaşır.Azərbaycan Respublikasında Milli Onkologiya Mərkəzinin verdiyi rəqəmə görə 50 min qeydiyyatda xərçəng xəstəsi vardır.Bu da hər min nəfərə 5 nəfər deməkdir.Əlbəttə bu rəqəm gizli xərçəng əlamətləri olan və qeydiyyata düşməyən xəstələrsiz rəqəmdir.Xərçəng xəstəliyinin ilkin mərhələsində olan nə qədər vətəndaşımız var ki bundan xəbərsizdir.Bu cəmiyyət üçün pis xəbər olsa da, tibb bazarı üçün əla xəbərdir.Hər potensial xəstə bir müştəridir.Müştəri isə pul xərcləyir.O hər ay ki bahalı dərman alır,həkimə müayinəyə gedir.Bir sözlə o böyük dövriyyə yaradır.Qazandığı pulu sağlamlığının bərpasına xərcləyir,halbuki,ona verilən bütün yalan vədlərə baxmayaraq.
Ölkəmizin qanunvericiliyi GMO məhsulların istehsalını qadağan edir.Lakin bu qanunda belədir.GMO-lu məhsullar bütün market və mağazalarda satılır.Aylarla çürüməyən və xarab olmayan alma,banan,moruq kimi məhsullar möhtəşəm bir gorünüşlə alıcısını gözləyir.Alıcılar ilk baxışda dadlı və təravətli meyvə yeyirlər lakin onları gələcəkdə gözləyən bu təhlükədən xəbərsizdirlər.Belə məhsullardan mümkün qədər uzaq durmaq lazımdır.Bəs GMO-nu necə müəyyənləşdirmək olar? 1) Heç bir məhsulu mövsümündən əvvəl almayın,hətta məhsulun parnik şəraitində istehsal olunduğu bildirsələr belə.Siz görməmisiz və bilmirsiz.Ümumiyyətlə normal toxumla qışda qarpız yetişdirmək çox çətindir.Əgər olsa belə onda həddindən artıq pestisid,hormonal preparatlar vardır ki,bu da orqanizmə ziyandır 2) Rəngi göz oxşayan hamar və qurd yeməyən məhsulu siz də yeməyin.Bəzən dərmanlamanı və hormonal qəbulediciləri o qədər çox edirlər ki,bəzən bunun insana da ziyanı dəyə bilər. 3) Uzun müddət satışda qalan məhsuldan uzaq durun.Təsəvvür edin,bir heyva üç ay piştaxtada alıcısını gözləyir.Yadda saxlayın normal heyva o qədər qala bilməz. 4) İri marketlərdə nümayiş olunan məhsulları almayın.Həmin məhsullar görünüşü ilə istehlakçıları cəzb edir.Əvəzində kənd təsərrüfatı satılan yarmarkalara,bazarlara gedin.Burada siz bilavasitə istehsalçıdan məhsul ala bilərsiniz.Orqanik məhsullar elə də görünüşə sahib deyil.Belə məhsulları istehlak edin 5) Çalışın ki, əgər kənd yerlərində yaşayırsızsa və ya əkin üçün torpağınız va məhsul əkməkdə maraqlı olun.Çünki nə qədər çox öz tərəvəz və meyvəyə olan təlabatınızı özünüz ödəsəz həm sağlam qalarsız həm də ki, GMO-lu və zərərli məhsullara olan tələb azalar.Azalanda isə istehsal etməyəcəklər.Çünki tələb təklifə bağlıdır. Yalnız bunlara əməl edərək biz özümüzü və gələcəyimizi qoruya bilərik.Uşaqların düzgün qidalanması və sağlam qalması hər bir dövlətin və cəmiyyətin vəzifəsidir.Çünki hər bir dövlətə sağlam nəsil və genefond lazımdır.Zəhərlənmiş nəsildən isə sağlam toplum çıxmaz
Nəbiyev Asif Nəbi oğlu. Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filliali "Turizm və otelçilik" ixtisasının 4-cü kurs tələbəsi