Milli Məclis Beynəlxalq Qadınlar Günü münasibətilə Mehriban Əliyevanı təbrik edib
Gündəm / Cəmiyyət
7-03-2023, 13:31
Milli Məclis 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib.
“Report”un xəbərinə görə, parlamentin martın 7-də keçirilən bugünkü plenar iclasında spiker Sahibə Qafarova təklif edib ki, 8 Martla əlaqədar Mehriban Əliyevaya təbrik məktubu ünvanlansın.