Nigar Camala hücum edən şəxs saxlanıldı - FOTO/VİDEO

36 27-02-2023, 10:10 Gündəm / Cəmiyyət / Video



“Müğənni Nigar Camalın avtomobilinə hücum edən şəxs saxlanılıb”.

Axın.az Oxu.Az-a istinadən xəbər verrir ki, bunu açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.

O qeyd edib ki, hücum edən şəxs müəyyən olunub və polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb:




“Məsələ barədə araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, ötən gün Nigar Camal sosial şəbəkə hesabında avtomobili ilə yolla hərəkət etdiyi zaman digər nəqliyyat vasitəsinin sürücüsünün onun qarşısına keçib hücum etməsinə dair paylaşım edib.

İlhamə Əbülfət




Axın.az

XƏBƏR LENTİ