Türkiyəli siyasətçi: “5-6 aya NATO-dan çıxacağıq”

19 25-01-2023, 11:52 Gündəm / Siyasət



Türkiyə Vətən Partiyasının sədr müavini Ethem Sancak ölkəsinin NATO əlaqələri ilə bağlı tənqidi açıqlamalar verib.

Vətən Partiyasının təşkil etdiyi “NATO-dan çıxaq” kütləvi etirazları barədə danışan Sancak qeyd edib:

“NATO öz təxribatları ilə bizi bu hərəkətlərə məcbur edir. Nəhayət, qonşumuz Yunanıstanla bizi üz-üzə qoymağa çalışır. Türkiyə 5-6 aya NATO-dan çıxacaq. O, bizi Yaxın Şərqdə burulğana salmağa çalışır. Nəhayət, İsveç və Niderlandda Qurana qarşı edilən hərəkətlər göz qabağındadır. NATO-dan çıxmaq zərurətə çevrilib. Anketlərdə ABŞ-nin ən düşmən və dağıdıcı siyasət yürüdən ölkə olduğunu deyənlərin nisbəti 80 faizə yüksəlib. Həmçinin son vaxtlar Türkiyə xalqı Rusiyaya və Putinə böyük rəğbət bəsləməyə başlayıb”.

Ethem Sancak qaçqınlarla bağlı da danışıb:

“Əsəd və qonşu ölkələrlə oturub sülh imzalayacağıq. Biz terror təşkilatlarını və ABŞ-ni dərhal Suriya ərazisindən çıxarmalıyıq. Suriyalılar və türklər qardaş xalqlardır. Ərəb qəbilələri arasında bizə ən yaxın olan suriyalılardır. Biz qaçqınların öz ölkələrinə təhlükəsiz qayıtmasını təmin etməliyik. Əsədin də qayıdışın əleyhinə olacağını düşünmürəm. Suriyanı birlikdə qura bilərik”.

Mənbə: Aydınlık


Axın.az

XƏBƏR LENTİ