Əli-Makron tandemi yoxsa “siam əkizləri”

80 18-10-2022, 23:58 Gündəm

Əli-Makron tandemi yoxsa “siam əkizləri”
Ilk baxışdan bu başlıq oxuculara qəribə gələcək. Makronla Əli Kərimlinin hansı ortaqlığı var ki, bunlar tandem təşkil edir? amma bunlar ortaq xüsuyyətləri olduğu üçün belə bir başlıq seçdim.
Birincisi, hər ikisi eyni yerdən-Vaşinqtondan sifariş alır. Belə ki, səbəbdən asılı olmayaraq Makron Rusiyanı, Əli Azərbaycanı tənqid atəşinə tutmalıdır.
Ikincisi, hər ikisi Ermənistanın “hüquqlarini” qoruyurlar. Makron da, Əli də deyir ki, Azərbaycan Ermənistan sərhədinə təcavüz edib. Düzdür Makron bildirir ki, “Ermənistan və Rusiya sərhədində son iki ildə nə baş verir? 5 min rus əsgər guya Ermənistan sərhədini qoruyur, ancaq ruslar bu konfliktdən istifadə edərək, bir neçə əsrdir ki, Azərbaycan oyununu oynayır və vaxtı ilə yaxın olduqları Ermənistanı zəiflətməyə qayıdıb. Görürsünüzmü nə baş verir? Bu, Rusiyanın vəziyyəti destabilizasiya etmək cəhdidir. Rusiya Qafqazda qarışıqlıq yaratmaq istəyir ki, bizim hamımıza qeyri-sabitlik gətirsin”. Eyni fikirləri bir qədər başqa formatda Əli Kərimli də deyir: “Azərbaycanın Ermənistan sərhədində etdiyi hərəkətlər təcavüz kimi dəyərləndirlməlidir”. Onun bu fikrini xaricdəki bloqqer adı altında fəaliyyət göstərən milli satqınlar da eyni cür səsləndirir.
Üçüncüsü, E. Makron və Ə.Kərimli eyni mövqedən çıxış edirlər və deyirlər ki, Qərb dövlətləri hansı formada olursa-olsun Azərbaycan Ermənistan münaqişəsinə müdaxilə etməlidirlər. Hər ikisi bildirirlər ki, Ermənistanın hüquqlqrı pozulur. Hardasa Makron başa düşmək olar, çünki həm qan bağlılığı və həm də para bağlılığı var. Son yüz ildə Fransa daima ermənistanın yanında olub. Amma Əlini başa düşmək mənim üçün çox çətindir. Bilirəm ki, özünün qan bağlılığı yoxdur, amma yaxınları haqqında bu sözü deyə bilmərəm. bəlkə də var biz bilmirik,Qalır para bağlılığı. Axı Əlini maliyyələşdirən xarici qüvvələr var, niyə erməni parasına göz diksin? Hər halda bu sualın cavabını Əli daha yaxşı bilər.
Dördüncüsü. hər ikisi özündən razı, müştəbeh, öz aləmlərində özlərini şou kloun Tv lideri kimi görünürlər.Ə.Kərimlinin öz ətrafina garsi satginligi və Böyük müallimina xain əməlləri nəticəsində 1992-93-cü illərdə Azərbaycan üçün hansı bəlaları gətridisə, indi də Makron həmin iqtisadi-siyasi bəlalara Fransanı düçar edir: işsizlik, qeyri-peşəkar idarəetmə, düşünülməmiş qərarlar, “Papadan çox katolok olmaq” iddiası, hamını hər şeydə günahkar çıxarmaq, haqsız və əsassız iddialar irəli sürmək, bütün məsələlərdə ancaq neqativ çalarlar axtarmaq və s. bu oxşar cəhətləri kifayət qədər saymaq olar,gördünüzmü bunların oxşar cəhətləri imkan verir ki, bu iki milli düşmənimizi siyasi “siam əkizləri” adlandıram.
Əli Kərimli də, E.Makron da onların müdafiə etdiyi N.Paşinyan da anlamalıdırlar ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev onları və tərəfdarlarını məğlub edərək yeni siyasi reallıq yaratmışdır. Artıq Azərbaycam təkcə Cənubu Qafqazın deyil, həm də Avropanın siyasi arxitekturasının formalaşmasında önəmli rol oynamağa başlamışdır. Gərək kor olasan ki, bu reallığı görməyəsən.

Siyasi elmlər doktoru Adəm İsmayıl

XƏBƏR LENTİ