Şarl Mişel Praqada keçirilən dördtərəfli görüşü şərh edib.

44 7-10-2022, 11:30 Gündəm



“Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləməyə hazırdır”.

Bu sözləri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Fransa Respublikasının Prezidenti Emmauel Makronla 2022-ci il oktyabrın 6-da Praqada keçirilən dördtərəfli görüşün yekunları ilə bağlı “Twitter” hesabındakı paylaşımda qeyd edib.

“Aİ-nin dəstəkləməyə hazır olduğu dayanıqlı deeskalasiya və gücləndirilmiş sülh səyləri müzakirə edilib”, - deyə o əlavə edib.

XƏBƏR LENTİ