Düşmən birdəfəlik anlamalıdır ki, Qarabağ Azərbaycan torpağıdır və Azərbaycan torpağı olaraqda qalacaq

35 17-09-2022, 12:45 Gündəm / Cəmiyyət



Məlum olduğu kimi, Ermənistanın təxribat əməlləri nəticəsində Ermənistan və Azərbaycan sərhəddində atəşkəs pozulmuşdur . Ayın 12-dən bu günə kimi davam edən döyüşlərdə 77 igidimiz qəhrəmancasına şəhid olmuşdur. Təcavüzkar əməllərindən əl çəkməyən Ermənistan Azərbaycana qarşı sistemli xarakter daşıyan təxribatı davam etdirməkdədir. Bu öz növbəsində sübut edir ki Ermənistan hələdə Azərbaycanın 44 günlük müharibə ərəfəsində onları zəlil və miskin vəziyyətə salan məğlubiyyətindən nəticə çıxarmayıb.

Buna baxmayaraq Ordumuzun yüksək döyüş qabiliyyəti, üzərinə düşən vəzifələri çok böyük ustalıq və məsuliyyətlə yerinə yetirməsi, əsgər və hərbiçilərimizin igidliyi Ermənistanın faşist mahiyyət daşıyan əmələrini puça çıxartmışdır.

Prezidentimiz Cənab İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan nəyin ki, dünya meydanında öz sözün demək qabiliyətinə malik ölkəyə çevrilmiş eyni zamanda istər döyüş meydanında istərsədə beynəlxalq arenada Qarabağın Azərbaycan torpağı olduğunu dəfələrlə sübut etmişdir.
Təəssüf ki, hələdə bəzi ölkələr ədalətə göz yumur Ermənistanın tərəfini tutur və bununlada Azərbaycanın və Azərbaycan xalqının haqqını taptalamağa çalışır və ayın 12-dən bu günə qədər davam edən döyüşlərdə Azərbaycana qarşı olunan haqqsizliğa göz yumurlar. Ancaq onlar bir dəfəlik anlamalidilarki Qarabağ Azərbaycan torpağıdır, Azərbaycan torpağı olaraqda qalacaq.

“Azərbaycan ərazi bütövlüyünə və suverenliyinə qarşı hər bir addımın qarşısıni alacaq”

"Şəhid olan hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir,Allahdan onlara səbr diləyirik,yaralılarımıza Allahdan şəfa diləyirik. Şəhidlərimizin qanı yerdə qalmadı”

Yaşasın Azərbaycan. Qarabağ Azərbaycandır
Bu sözləri Valideyin Himayəsində Məhrum Olan Uşaq və Gənclər Yardım ictima birliyinin sədri və Azərbaycan Respublikasi iqtisadiyyat unversitetinin 4-cü kurs tələbəsi: Ağa İsmayilzadə instagram və facebook səyfələrində söyləyib.

XƏBƏR LENTİ