Hadrutda şəhid olan müzəffər əsgərimiz Xəyal Şəkərov - FOTO/VİDEO

38 15-09-2022, 11:39 Gündəm / Hadisə



“İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Müzəffər Əsgərimiz” layihəsinin 16-cı buraxılışı Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin şəhidi Xəyal Şəkərova həsr olunub.

Axin.Az xəbər verir ki, Xəyal İman oğlu Şəkərov 1998-ci il sentyabrın 1-də Tovuz rayonunun Əsrik Cırdaxan kəndində anadan olub.

Azərbaycan Ordusunun giziri olan Xəyal Şəkərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsinə qatılıb. Oktyabrın 13-də Xəyal Şəkərov Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Xəyal Şəkərov öz vəzifə borcunu şərəflə yerinə yetirdiyi, habelə döyüşlərdə göstərdiyi igidlik və şücaətə görə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Kəlbəcərin azadlığına görə” və “Xocavəndin azadlığına görə” medalları ilə təltif edilib.

Qeyd edək ki, layihənin əsas məqsədi 44 günlük Vətən müharibəsində qələbəni bizə yaşadan qəhrəmanlarımızı tanıtmaq və onların xatirəsini hər zaman yad etməkdir.

Şəhid qəhrəmanın döyüş yolu haqqında videoçarxı təqdim edirik:









XƏBƏR LENTİ