Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vitse-prezident Mehriban Əliyeva avqustun 29-da Üzeyir Hacıbəylinin Şuşa şəhərindəki ev-muzeyində aparılacaq işlərlə tanış olublar.
Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, dövlətimizin başçısına və birinci xanıma burada görüləcək işlər barədə məlumat verildi.