Bu gün səhər saatlarında Binəqədi şossesində baş verən yol nəqliyyat hadisəsi ilə əlaqədar müntəzəm marşrut xəttinin istismarda olduğu “Manella MMC”-nin rəhbəri Qurbanəli İsmayılov Bakı Nəqliyyat Agentliyinə dəvət olunub.
Bu barədə Oxu.Az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Bildirilib ki, yol nəqliyyat hadisəsi zamanı “Manella MMC”-nin müvəqqəti istsimarında olan 108 A müntəzəm marşrut xətti üzrə 10 TG 635 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu betonqarışdıran avtomobillə toqquşub.
Hadisəylə bağlı BNA tərəfindən müvafiq araşdırma aparılır.
10:13
Paytaxtın Binəqədi şosesi istiqamətində avtobusla betonqarışdıran maşının toqquşması nəticəsində dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu barədə Oxu.Az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.
Bildirilib ki, Binəqədi rayonu ərazisində baş vermiş qəzada üç nəfər müxtəlif xəsarətlərlə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib, vəziyyətləri orta-ağır kimi qiymətləndirilib. Bir nəfər isə tibbi yardımdan imtina edib.
Könül Cəfərli
09:51
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şahidlərinin “Yeni Sabah”a verdiyi məlumata görə, səhər saatlarında Binəqədi şosesində qəza baş verib.
Qəza zamanı sərnişin avtobusu ilə betonqarışdıran maşın toqquşub. Hər iki nəqliyyat vasitəsinə zərər dəyib. Hadisə yerinə altı təcili tibbi yardım maşını cəlb olunub.
Əlavə məlumat veriləcək.