“İndiyə qədər digər ölkələrdə olan və Azərbaycana qayıtmaq istəyən vətəndaşların qeydiyyatı aparılıb və siyahısı hazırlanıb”.
Axin.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, Rusiya ilə bağlı ayrıca portalın yaradılmasının səbəbi isə orada olan vətəndaşların sayının çox olmasıdır:
“Digər ölkələrə münasibətdə bu portalın gendişləndirilməsinə baxıla bilər. Başqa ölkələrdə olan vətəndaşlarımız barədə vəziyyət məlumdur. Onlar barədə məlumat dipomatik nümayəndəliklərdən Xarici İşlər Nazirliyinə və operativ qərargaha təqdim edilib”.