Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldu 2021-ci il Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycanla qarşılaşma barədə paylaşım edib.
Ulduz futbolçu “Facebook” hesabında etdiyi paylaşımda komanda yoldaşlarını təbrik edib.
“Dünya çempionatının seçmə mərhələsini qələbə ilə başlamaq çox vacibdir! Komandanı təbrik edirəm!”, - deyə K.Ronaldu bildirib.
Xatırladaq ki, qarşılaşma Portuqaliya millisinin qələbəsi ilə başa çatıb (0:1).