Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkilərinin müşahidəsi üçün Azərbaycana göndəriləcək nümayəndə heyətinin tərkibini təsdiqləyib.
Bu barədə “Axin.az”in yerli bürosuna Gürcüstan MSK-nın mətbuat katibi Ana Mikeladze məlumat verib.
Onun sözlərinə görə, nümayəndə heyətinə beş nəfər daxil edilib: “Heyətdə Mərkəzi Seçki Komissiyası sədrinin müavini Giorgi Şarabidze, katibi Giorgi Cavaxişvili, Hüquq departmanetinin rəhbəri Giorgi Dzaqania, İnsan resursları departametinin rəhbəri Giorgi Kalandarişvili və Seçki sistemlərinin inkişafı, islahatlar və treninqlər Mərkəzinin direktoru Natia Zaalişvili təmsil olunurlar”.