Yanvarın 3-də “Yummy” adlı yeni albomunu təqdim edən kanadalı müğənni Castin Biber yenidən pərəstişkarlarını sevindirmək qərarına gəlib.
Axin.az xəbər verir ki, 25 yaşlı ifaçı İnstaqram səhifəsində “Changes” adlı yeni albom hazırladığının müjdəsini verib.
Castin yeni işini fevralın 14-də Müqəddəs Valentin Günündə sevənlərinin ixtiyarına verəcək.