İngiltərənin Selbi şəhərinin sakini sinə ölçüsünün həddindən artıq böyük olmasına görə əziyyət çəkir, bu səbəbdən əməliyyat üçün ianə toplamağa qərar verib.
Axin. az Angle News-da olan məqaləyə istinadən xəbər verir ki, Sallivanın sinəsinin ölçüsü 38KK-dir. Bu ona bir sıra narahatlıqlar yaradır. Məsələn 15 dəqiqəlik gəzintidən sonra onun kürəyi, çiyinləri və dizləri ağrımağa başlayır.
Psixiatr köməkçisi olan Daniel Sallivan buna görə 10 yaşından əziyyət çəkdiyini deyib. Onun sözlərinə görə, məktəbdə mütəmadi olaraq bununla bağlı zarafatları dinləməli olub.
“Həyatım dəhşətə çevrilib. Mütəmadi ağrılar hiss edirəm. Bu, oyananda başlayır və yatana qədər davam edir”, - deyə qadın bildirib.
O, həmçinin geyim tapmaqda da bir sıra çətinliklərlə üzləşdiyini, əksər paltarlarını sifarişlə tikdirdiyini bildirib.
Sallivan ictimaiyyət arasında görünməkdən və bütün kişilərin diqqətini öz üzərinə cəmləməkdən də utandığını deyib.
Qadın dövlət hesabına əməliyyat etdirmək istəyib, ancaq kosmetik əməliyyat növü olduğundan bu mümkün olmayıb. Bu səbəbdən ianə toplamaq qərarına gəlib. Ona səkkiz min funt lazımdır. Fotolri təqdim edirik.
[center]
Axin.az