ABŞ-a məxsus PUA Krım sərhədlərinin yaxınlığından uçub.
“Axin.az” RİA “Novosti”yə istinadən xəbər verir ki, məlumatı “PlaneRadar” monitorinq resursu yayıb.
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “RQ-4 Global Hawk” modelli PUA NATO-nun Sicilyadakı bazasından qalxıb.
Qeyd edək ki, “RQ-4 Global Hawk” ABŞ-ın strateji pilotsuz uçan aparatıdır. “Northrop Grumman” şirkətinin törəmə müəssisəsində hazırlanıb. Bu tip PUA 2006-cı ildən bəri istifadədədir.