Gürcüstanın Daxili İşlər Nazirliyi Tbilisidə, "Basiani" klubunda baş verən insidentlə bağlı məlumat yayıb.
"Report"un yerli bürosu xəbər verir ki, hadisəni törədən şəxs "isti izlər"lə saxlanılıb.
Məlumata əsasən, həmin şəxs klubun girəcəyində atəş açaraq 3 nəfəri yaralayıb və hadisə yerindən qaçıb. Yaralıların həyatı təhlükədə deyil.
Saxlanılan şəxsin üzərindən odlu silah, 6 bıçaq və 23 patron götürülüb. Onu 16 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
***09:27
Tbilisidə, "Basiani" gecə klubunda baş verən atışma zamanı 3 nəfər yaralanıb.
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Birinci kanalı məlumat yayıb.
Yaralanan şəxslərin vəziyyəti barədə hələ məlumat verilmir.
***07:30
Gürcüstanın paytaxtı Tbilisidə ötən gecə "Basiani" gecə klubunda atışma olub.
"Report"un yerli bürosu xəbər verir ki, insident zamanı gənc qadının yaralandığı bildirilir.
Yayılan məlumatlara əsasən, silahlı insidenti kluba buraxılmayan naməlum şəxs törədib.
Atəş açan şəxs artıq müəyyən olunaraq saxlanııb.
Hadisənin digər detalları hələ məlum deyil.