Avstraliyalı müğənni Kayli Minoq ərə gedir.
Axin.az xəbər verir ki, 2 ilə yaxındır “GQ” jurnalının kreativ direktoru Pol Solomons ilə münasibətdə olan 51 yaşlı ulduz artıq sevgilisi ilə nişanlanıb.
Kayliyə evlənmə təklifini isə Pol, ifaçının Melbrundakı evində edib.
Yaxın günlərdə cütlüyün romantik səyahətə yollanacağı deyilir.