Türkiyədə İŞİD-ə qarşı genişmiqyaslı əməliyyat: 100 nəfər saxlanıldı
Dünya
28-01-2025, 17:53
Türkiyədə keçirilən xüsusi əməliyyat nəticəsində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən təxminən 100 nəfər saxlanılıb.
Ölkənin daxili işlər naziri Ali Yerlikayanın açıqlamasına görə, əməliyyat bir həftə ərzində İstanbul, Ankara və daha 22 vilayəti əhatə edib.
Saxlanılan şəxslər, terror təşkilatının döyüş əməliyyatlarında iştirak etmək, maliyyə təminatını təşkil etmək və sosial şəbəkələr vasitəsilə terrorun təbliği ilə məşğul olmaqda ittiham edilir. Əməliyyat çərçivəsində müxtəlif sənədlər və rəqəmsal materiallar müsadirə olunub.