Çinin "DeepSeek" Süni İntellekt Şirkəti Kiberhücumlara Məhruz Qalıb
Dünya
28-01-2025, 13:08
Çinin "DeepSeek" süni intellekt şirkəti genişmiqyaslı kiberhücumlarla üzləşib. Şirkət, bu hücumların nəticəsi olaraq, süni intellekt alətinin yeni istifadəçi qeydiyyatını müvəqqəti dayandırmağa qərar verib. Mövcud istifadəçilər proqramı istifadə etməyə davam edə bilsələr də, mobil tətbiq bəzi ərazilərdə yavaşlama problemləri yaşayır. Şirkətin veb saytındakı AI serveri isə silinib. Rəsmi açıqlamaya görə, bu tədbir xidmətin davamlılığını təmin etmək məqsədini güdür.
Qeyd edək ki, "DeepSeek"in süni intellekt aləti, ChatGPT-ni geridə qoyaraq ABŞ tətbiq mağazalarında ən çox yüklənən proqram olub.