Rusiyada Məktəblinin Çantasında Power Bank Partladı
Dünya
28-01-2025, 11:00
Rusiyanın Perm şəhərində məktəbdə gözlənilməz insident baş verib. 116 nömrəli məktəbdə bir şagirdin çantasında olan xarici batareya (power bank) dərs zamanı qəfildən qığılcım saçmağa başlayıb və daha sonra partlayıb.
Məktəbli vəziyyəti nəzarət altına almağa çalışaraq cihazı çantadan çıxarıb, yerə atıb və ayağı ilə söndürməyə cəhd edib. Lakin batareyanın alovlanmasının qarşısını almaq mümkün olmayıb. Xoşbəxtlikdən şagird hər hansı bir xəsarət almayıb.
Yanğın sürətlə söndürülsə də, hadisə şagirdlər və müəllimlər arasında narahatlıq yaradıb.