İsraildə 3 nazir atəşkəsə görə istefa verdi - YENİLƏNİB
Dünya
19-01-2025, 18:10
İsraildə ifrat sağçı Otzma Yehudit partiyasından olan üç nazir “HƏMAS” ilə əldə olunan atəşkəs razılaşmasına etiraz olaraq istefa veriblər.
Axın.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Məlumata görə, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir, İsrailin irs naziri Negev, Qaliley və milli davamlılıq naziri Yitzhak Vasserlauf istefa ərizəsini yazıblar.
Qeyd edək ki, yanvarın 19-u səhər saatlarında İsrail hakimiyyəti saat 11:15-dən (Bakı vaxtı ilə 13:15) atəşkəs rejiminin tətbiq olunduğunu elan edib.
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Qəzzada atəşkəs razılaşmasına görə Baş nazir Benyamin Netanyahunun kabinetindən istefa verib.
Axın.az xəbər verir ki, APA-nın məlumatına görə, Ben-Qvir daha əvvəl razılaşmanı HAMAS-a təslim olmaq sayaraq tənqid edib və təsdiqlənəcəyi təqdirdə istefa verəcəyini bildiribi.