Həmas üç israilli girovu yanvarın 19-da azad edəcək , Al Araby xəbər verir.
Yanvarın 19-da Qəzza zolağından azad edilməsi planlaşdırılan 3 qadının adı yaxın saatlarda açıqlanacaq.
*** 10:12
İsrail hökuməti bir neçə saat davam edən iclasda Qəzza zolağında atəşkəs və əsir mübadiləsini təsdiqləyib.
İsrail baş nazirinin ofisindən verilən məlumata görə, saziş layihəsi Nazirlər Şurasının iclasında təsdiqlənib.
Məlumatda deyilir ki, məhbusların azadlığa buraxılması ilə bağlı qrafik yanvarın 19-u bazar günü başlayacaq.
Hökumətin iclası saziş Nazirlər Kabinetinin Təhlükəsizlik Məsələləri üzrə təsdiqindən sonra baş tutub.
Bundan əvvəl İsrail prezidenti İsaak Hersoq hərbi-siyasi kabinetin Qəzza sazişinin təsdiqi ilə bağlı qərarını dəstəkləyib və hökuməti onu təsdiqləməyə çağırıb.