Ukrayna mediasının məlumatına görə, Kiyevdə baş verən balistik hücum nəticəsində dörd nəfər həyatını itirib.
Axın.az xəbər verir ki, hücum zamanı inzibati bina, biznes mərkəzi və mağaza qismən dağılıb.
Şevçenkovski rayonunda əsas su kəməri və infrastruktur zədələnib, üç avtomobil yanıb. Hücumun nəticəsi olaraq "Lukyanovskaya" metro stansiyası giriş-çıxış üçün bağlanıb.
Qeyd olunur ki, hadisə bölgədə böyük təhlükəsizlik və humanitar problemlərə səbəb olub.