Tramp ABŞ Konstitusiyasındakı bu maddəni dəyişəcək
Dünya
9-12-2024, 13:18
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ölkə Konstitusiyasında dəyişiklik edəcək.
Axın.az xarici mətbuata istinadən xəbər verir ki, Tramp ölkə Konstitusiyasın 14-cü maddəsində yer alan anadangəlmə vətəndaşlıq hüququnun ləğv edilməsini istəyir.
Tramp sağçıları "gülünc" adlandıraraq, "Biz buna son qoymalıyıq" deyib.
Beləliklə, 47-ci prezident ABŞ-də vətəndaşlığı olmayan, lakin bu ölkədə uşaq dünyaya gətirən valideynlərin övladlarının vətəndaşlıq hüququndan məhrum etmək istəyir.