Avropa “üçlüyü” ilə İran arasında danışıqlar davam edəcək
Dünya
30-11-2024, 16:30
Avropa “üçlüyü” - Almaniya, Böyük Britaniya və Fransa Xarici İşlər Nazirliyi təmsilçiləri ilə İran nümayəndəsi arasında Tehranın nüvə proqramına dair danışıqlar davam edəcək.
Axın.az xəbər verir ki, məlumatı İRNA yayıb.
Məlumata görə, tərəflər arasında noyabrın 29-da İsveçrənin Cenevrə şəhərində görüşüblər.
Diplomatlar regional, qlobal problemləri, habelə Livan və Fələstinə dair məsələləri, İran nüvə proqramını müzakirə ediblər.
Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər.