Alınan məlumata görə, Türkiyədə Çaycuma rayonun İstasyon məhəlləsində anası ilə yaşayan 42 yaşlı Ümmühan Yurtbaydan xəbər alınmadıqdan sonra yaxınları evə gələrək onu hərəkətsiz vəziyyətdə tapıblar.
Axın.az xəbər verir ki, hadisə yerinə 112 Təcili Tibbi Yardım və polis qrupları göndərilib.
Həyatını itirdiyi görünən gənc qadının dəqiq ölüm səbəbinin yarılmadan sonra bəlli olacağı öyrənilib.