Londonda polislə PKK tərəfdarları arasında toqquşma
Dünya
29-11-2024, 19:19
İngiltərənin paytaxtı Londonda cümə axşamı ikinci gündür ki, PKK terror təşkilatı tərəfdarları ilə polis arasında toqquşma olub.
Axın.az xəbər verir ki, iğtişaşlar hüquq-mühafizə orqanlarının qruplaşma ilə əlaqəli terror fəaliyyətində şübhəli bilinərək 7 nəfəri həbs etməsindən sonra başlayıb.
Terror təşkilatının izləyiciləri Turnpike Lane stansiyasının çıxışında toplaşıb, daha sonra Harinqeydəki İcma Mərkəzi adlanan “dərnəy”in istifadə etdiyi ofisə gediblər və polis orada reyd keçirib.
Yürüş zamanı onlar Türkiyə və Böyük Britaniya əleyhinə şüarlar səsləndiriblər. Yürüş iştirakçıları binanın yaxınlığında kordon yaratmaq istəyərkən hüquq-mühafizə orqanlarının əməkdaşları ilə əlbəyaxa dava başlayıb.
Türkiyədəki rəsmi mənbələrdən verilən məlumata görə, Britaniya təhlükəsizlik qüvvələri terrorizmin maliyyələşdirilməsi, çirkli pulların yuyulması və İngiltərənin terror təşkilatı kimi tanıdığı PKK sıralarına cəlb olunma faktlarını araşdırır.
Qeyd olunur ki, Türkiyə tərəfi mütəmadi olaraq Britaniya hakimiyyət orqanlarına müvafiq məlumatlar ötürür və bunun əsasında növbəti addımlar atır.
Mənbələr terror təşkilatı PKK-nın bölmələrindən biri olan “dərnəy”ə basqının, iki həftə müddətinə bağlanmasının və istintaqın başlanmasının vacibliyinə işarə ediblər.
Mənbələrin bildirdiyinə görə, baş verənlərlə əlaqədar Böyük Britaniyada PKK tərəfdarları panikaya düşüb.