Britaniyalı supermodel Corcina Kuper evləndikdən bir neçə ay sonra dünyasını dəyişib.
Axın.az bildirir ki, hadisənin ötən ay baş verdiyi məlum olub.
Belə ki, 46 yaşlı model oktyabrın 21-də Kosdakı Marianna otelində əri ilə birlikdə qalarkən xəstələnib. Otel işçiləri təcili yardım çağırıblar. Əvvəlcə onu adanın əsas xəstəxanasına aparsalar da, vəziyyəti çox ağır olduğuna görə, digər şəhər xəstəxanasına köçürülüb.
Beş gün reanimasiyada qalan Kuperin həyatını qurtarmaq mümkün olmayıb. Onun cənazəsi keçən həftə İngiltərəyə göndərilib.