Türkiyə hökumətinin qərarı ilə Azərbaycanın adı gömrük rüsumlarının artırılacağı ölkələr siyahısından çıxarıb.
Axın.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla əlaqədar Rəcəb Tayyib Ərdoğan göstəriş verib.
Qərara əsasən, Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmayan ölkələrdən (Azərbaycan istisna olmaqla) idxal olunan plastik məmulatın bir tonu üçün 50-400 ABŞ dolları arasında əlavə rüsum tutulacaq.