Ukrayna Silahlı Qüvvələrinin itkiləri son sutka ərzində təxminən iki min nəfər təşkil edib.
Bu barədə Rusiya müdiası Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Nazirliyin məlumatına görə, bu müddət ərzində Rusiya Silahlı Qüvvələrinin əsgərləri 1925 ukraynalı yaraqlını öldürüblər.
Xatırladaq ki, oktyabrın 3-də Ukraynanın Donetsk vilayətinin Uqledar şəhəri Rusiya hərbçilərinin nəzarətinə keçib. Bundan sonra, bu gün isə Rusiya Silahlı Qüvvələrinin qondarma "Donetsk Xalq Respubikası"nın Jelannoye Vtoroy kəndini zəbt etməsi barədə məlumat yayıldı. Rusiya ordusu hazırda Ukrayna ərazisinə hücumunu davam etdirir.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Axin.az