Ukraynanın müdafiə naziri Rustem Umerov 8 müavinindən dördünü işdən çıxardığını bildirib.
Musavat.com xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
“Mən Ukrayna Nazirlər Kabinetinə müdafiə nazirinin müavinləri - Stanislav Qayder (nazir aparatının rəhbəri vəzifəsinə keçir), Aleksandr Sergey, Yuri Djigir və Lyudmila Daraqanın (katib) işdən azad edilməsi barədə təqdimat imzaladım”, - deyə Umerov qeyd edib.
Ukraynalı nazirin sözlərinə görə, Ukrayna Müdafiə Nazirliyinin sistemi - Silahlı Qüvvələr, Baş Kəşfiyyat idarəsi və Dövlət Xüsusi Nəqliyyat Xidməti - hərbi vəziyyət zamanı qapalı perimetrdir. Burada işlər aydın və nəzarətli olmalıdır, onlara hər hansı xarici və ya daxili təsir cəhdləri qəbuledilməzdir.
Yeni nazir müdafiə təchizatı sistemində də islahatlar aparacağıını deyib.
Axin.az