Yaponiyanın Osaka şəhərində qandonduran hadisə baş verib.
Ölən anasının meyitini 5 il evdə gizlədən 60 yaşlı kişi həbs edilib.
Polis İkuno rayonunda yaşayan 60 yaşlı Katsunori Onada adlı kişinin ölən anasının cəsədini təxminən 5 il evdə gizlətdiyini üzə çıxarıb.
Polis mənbələrindən əldə edilən məlumata görə, şənbə günü evinin qarşısında yaranan mübahisə ilə bağlı polisə məlumat verərkən hadisəni etiraf edən Onada, anası Tomiko Onadanın 2019-cu ilin sentyabrında dünyasını dəyişdiyini bildirib.
Hadisə ilə bağlı təfərrüatlı araşdırmaya başlayan polis, həmin şəxsin bankdan anasının pensiyasını çəkməyə davam etmək üçün ölüm xəbərini səlahiyyətli orqanlara verməməsi ehtimalını nəzərdən keçirir./Yenisabah.az