Dünyanın ən böyük mebel şirkəti IKEA tezliklə Ukraynaya qayıtmaq niyyətindədir.
Axın.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Bildirilib ki, İsveç şirkəti artıq ölkədə işini bərpa etməyə hazırlaşır.
Xatırladaq ki, IKEA 2022-ci ilin fevralında, Rusiya-Ukrayna arasında müharibə başladıqdan sonra Ukraynadakı fəaliyyətini dayandırmışdı.