Türkiyədə 24 yaşlı qız və 31 yaşlı sevgilisinin mənzildə meyitləri tapılıb.
Hakkarinin Yüksekova rayonunda 24 yaşlı Fatma Nur Bezen və 31 yaşlı sevgilisi Muhammet Uzun binanın 4-cü mərtəbəsindəki mənzildə güllələnərək öldürülmüş halda tapılıb.
Oğlanın bir gün əvvəl sevgilisi Fatma Bezeni ziyarət etmək üçün rayona gəldiyi öyrənilib.
Araşdırmaların hələ də davam etdiyi bildirilib./Milli.Az