Ermənistanın paytaxtı İrəvanda qondarma erməni “soyqırımı” münasibətilə təşkil olunan yürüşdə növbəti dəfə təxribata əl atılıb.
“Qafqazinfo” erməni KİV-ə istinadən xəbər verir ki, yürüş iştirakçıları Türkiyə və Azərbaycan bayraqlarını yandırıblar.
Tədbirdə Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan və müxalifət nümayəndələri də iştirak ediblər.
Qeyd edək ki, analoji tədbirlər 2000-ci ildən bəri hər il Ermənistanda keçirilir. Bundan öncəki ildə də iştirakçılar Azərbaycan və Türkiyə bayraqlarını yandırmışdı.