Gümrüdə Rusiya hərbi bazası hərbçiləri ilə yerli ermənilər arasında dava düşüb.
Axın.az “hraparak”a istinadən xəbər verir ki, Gümrüdə mütəmadi olaraq rus hərbçilərinin iştirakı ilə dava düşür, ancaq bu dəfə baş verən dava böyük səs-küyə səbəb olub.
Belə ki, 102-ci hərbi bazanın yaxınlığındakı “Rossiya” kafesinə 3 sərxoş hərbçi daxil olaraq oradakı müştərilərə və işçilərə qarşı kobud davranıb. Rus hərbçiləri yerli erməniləri söyüb və təhqir ediblər.