ABŞ rəsmiləri Əfqanıstanda hakimiyyətdə olan Taliban hərəkatının nümayəndələri ilə görüşəcək
Dünya
27-07-2023, 14:18
ABŞ rəsmiləri “Taliban”çılarla görüşəcək
Bu barədə “Reuters“ ABŞ Dövlət Departamentinə istinadən məlumat yayıb.
Görüş Qətərin paytaxtı Dohadada keçiriləcək. Danışıqlarda ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tomas Vest və Əfqan qadınlar, qızlar və insan haqları üzrə xüsusi nümayəndə Rina Amiri iştirak edəcək.
Tərəflər Əfqanıstan üçün humanitar dəstək, təhlükəsizlik, qadın haqları, iqtisadi sabitlik və narkotik maddələrin istehsalı və qaçaqmalçılığı ilə mübarizə səyləri ilə bağlı müzakirə aparacaqlar.