Ukrayna qoşunları Donetsk istiqamətində mövqelərini gücləndirir: Baş Qərargahdan açıqlama
Dünya
26-07-2023, 13:34
Ukrayna Müdafiə Qüvvələri cənub cəbhəsində - Donetsk vilayətinin Staromayor rayonunda uğurlar əldə edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının sözçüsü Andrey Kovalyov məlumat verib.
O qeyd edib ki, ukraynalı müdafiəçilər burada əldə edilmiş mövqelərdə möhkəmlənirlər. Kovalyovun sözlərinə görə, eyni zamanda rusiyalılar Zaporojye vilayətində Rabotinodan şimal-şərqdə itirilmiş mövqelərini bərpa etmək üçün uğursuz cəhdlər ediblər.