Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI + FOTO
Dünya
1-03-2023, 16:00
Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 149 890 nəfər canlı qüvvə itirib.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 395 tank, 6 638 zirehli maşın, 2 393 artilleriya sistemi, 479 reaktiv yaylım atəşi sistemi, 247 hava hücumundan müdafiə sistemi, 300 təyyarə, 288 helikopter, 2 055 PUA, 873 qanadlı raket, 18 gəmi/qayıq, 5 257 avtomobil texnikası və avtosistern, 230 xüsusi texnikadan ibarətdir.