Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI + FOTO

35 28-01-2023, 15:07 Dünya



Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 125 510 nəfər canlı qüvvə itirib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 189 tank, 6 344 zirehli maşın, 2 188 artilleriya sistemi, 453 reaktiv yaylım atəşi sistemi, 221 hava hücumundan müdafiə sistemi, 293 təyyarə, 284 helikopter, 1 947 PUA, 796 qanadlı raket, 18 gəmi/qayıq, 5 027 avtomobil texnikası və avtosistern, 199 xüsusi texnikadan ibarətdir.




Axın.az

XƏBƏR LENTİ